Putinin Azərbaycana səfərinin vaxtı açıqlandı10-09-2018, 15:22
Çap et Bunu RF Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov Bakı-Moskva videokörpüsü zamanı deyib. L.Kalaşnikov bildirib ki, Rusiya liderinin işgüzar səfəri zamanı Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin Soçiyə səfəri çərçivəsində toxunulan məsələlərin müzakirəsinin davam etdirilməsi planlaşdırılır. O qeyd edib ki, Azərbaycan və Rusiya münasibətlərinin hələ inkişaf edəcəyi sahələr var. Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 1-də Soçiyə səfər etmiş, V.Putinlə görüş keçirmişdi. Səfər çərçivəsində iki ölkə arasında energetika, iqtisadiyyat, idman, turizm və digər sahələrdə əməkdaşlıq üzrə 15 sənəd imzalanıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
