Analitik: Saakyanın davamlı olaraq Fransaya səfəri bu ölkənin ATƏT-in Minsk qrupundakı fəaliyyətinə kölgə salır16-11-2018, 12:28
Çap et Bu barədə analitik Ehtiram Aşırlı deyib. O, 1994-cü ildən bu günədək ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin həlli istiqamətində hər hansı ciddi irəliləyişə nail ola bilmədiyini vurğulayıb: “Azərbaycan Prezidenti cənab İlham Əliyev də dəfələrlə ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətsizliyindən danışaraq onları daha fəal olmağa səsləyib. Fikrimcə, bu qurum öz işini konkret məqsədlərə və planlara yönəltsə, daha məqsədəuyğun olar. Bu gün münaqişənin həlli ilə bağlı həmsədrlərin əlində lazım olan bütün sənədlər var. BMT-nin qətnamələri, beynəlxalq təşkilatların qərarları və beynəlxalq hüquq normaları diktə edir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunsun. ABŞ da, Rusiya da Dağlıq Qarabağ məsələsinin həlli ilə əlaqədar öz mövqelərini konkret şəkildə ifadə edirlər. Fransa isə əksinə, rəsmi Parisin qondarma rejimə açıq-aydın meyilləri müşahidə olunur. Bu günlərdə Fransa tərəfi qondarma rejimi tanımadıqları ilə bağlı açıqlama verdi. Lakin Fransa dövlət nümayəndələrinin tez-tez Dağlıq Qarabağa qanunsuz səfərlər etməsi, eləcə də Saakyanın Fransaya mütəmadi səfərləri bu ölkənin ATƏT-in Minsk qrupundakı fəaliyyətinə kölgə salır”. Analitik qeyd edib ki, Fransa açıq və birmənalı şəkildə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü, suverenliyini və münaqişənin də bu prinsiplər əsasında həllini dəstəkləməlidir: “Hesab edirəm ki, Fransa məhz bu qərəzli və qeyri-obyektiv hərəkətlərinə görə həmsədrlikdən uzaqlaşdırılmalıdır: “Ümumiyyətlə, Minsk qrupu yeni bir formatda yola davam etməlidir ki, fəaliyyətində səmərəlilik artsın”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
