Azərbaycan nümayəndə heyəti Yerevanda keçirilən QDİƏT PA-nın iclasında yubiley medalını almaqdan imtina edib27-11-2018, 11:31
Çap et Ermənistan KİV-i xəbər verir ki, giriş nitqindən sonra Ermənistan parlamentinin sədri Ara Babloyan təşkilatın 25 illiyi münasibətilə bütün milli nümayəndə heyətlərinin medallarla təltif olunacağını elan edib. Lakin birdən-birə dörd ölkənin - Azərbaycan, Türkiyə, Gürcüstan və Ukraynanın nümayəndə heyətləri medallardan imtina edib. Məsələ ilə əlaqədar A.Babloyan mükafatın yalnız nümayəndə heyətinin rəhbərlərinə yox, bütün heyətə aid olduğunu bildirib. QDİƏT PA-nın Baş katibi Asəf Hacıyev isə öz növbəsində deyib ki, bundan faciə düzəltmək lazım deyil. Qeyd edək ki, QDİƏT PA-da Azərbaycan nümayəndə heyətinə deputat Eldar Quliyev rəhbərlik edir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
