Ermənistan XİN Almaniyada "qanuni oğrular"a himayədarlıq edir?28-11-2018, 16:12
Çap et Bu barədə “Prestupnaya Rossiya” onlayn qəzeti yazır. Jurnalistlərin əldə etdiyi məlumatlara əsasən, mütəşəkkil erməni mafioz şəbəkəsi Almaniyanın bir sıra iri şəhərlərini əhatə edib və kredi fırıldaqlarından narkotik alverinədək bir çox qeyri-leqal sahələrdə fəaliyyət göstərib. Polis istintaqı zamanı ümumilikdə 42 nəfərin yer aldığı 14 cinayət işi açılıb. Alman jurnalistlər həmin şəxsləri “Rusiya-Avrasiya mütəşəkkil cinayətkarlığının yüksək səviyyəli nümayəndələri” kimi qələmə verib. Qeyd olunub ki, bu ilin iyul ayından əksəriyyəti etnik erməni olan 129 nəfər saxlanılıb. Bundan başqa, 2017-ci ildə Çexiyada “oğru görüşləri” zamanı saxlanan “nüfuzlu iş adamı” Ruben Tatulyan Ermənistan diplomatik pasportunu göstərərək həbsdən qaça bilib. Araşdırmalar zamanı, Ermənistan XİN R.Tatulyana “ölkənin iqtisadi inkişafına yönəlmiş fəaliyyətinə görə” diplomatik pasport verdiyini etiraf edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
