İlham Əliyev xalqımızın milli maraqlarını həyata kecirir25-12-2018, 13:07
Çap et İlham Əliyev milli ənənələrə, dövlətçilik prinslplərinə sadlq olan, eyni zamanda, XXI əsrin müasir siyasi məkanına uğurla köklənən, ən müxtəlif siyasi keyfiyyətləri və dəyərləri özündə sintez etməyi bacaran dövlət xadimidir. Ötən illər ərzində o, nüfuzlu lider, görkəmii siyasətçi kimi özünü ölkədə və xəricdə təsdiq etmişdir. Prezident İlham Əliyevin siyasi xəttinin müxtəlif aspektləri, dövlət idarəetmə metodları beynəlxalq ekspertiər tərəfindən də müsbət qiymətləndirilir.Son vaxtlar ictimai həyatın bütün sahələrində yeni dövrün tələblərinə uyğun çevik islahatların aparılması Azərbaycanı uğurlu inkişaf yoluna çıxarmışdır. 2003-cü ilin 31 oktyabrında vətənə və xalqa sədaqət andı içərək səlahiyyətlərinin icrasına başlamış dövlət başçısı cənab İlham Əliyev bu müddətdə respublikamızın iqtisadi inkişaf təmayüllərini dəqiq müəyyənləşdirməklə, hər bir vətəndaşın maraq və mənafeyinin yüksək səviyyədə təminatına yönəlmiş islahatlar kursunu inamla davam etdirmişdir. Böyük uğurlara imza ataraq özünü ciddi siyasətçi kimi təsdiqləmiş, yüksək intellekti, işgüzarlığı, təvazökarlığı, savadı, səmimiliyi, mütərəqqi idarəçilik prinsipləri ilə cəmiyyətdə böyük nüfuz sahibinə çevrilmiş cənab İlham Əliyev dövlət başçısı kimi məsuliyyətli və şərəfli vəzifəni inamla icra etmişdir. Ötən illərdəki fəaliyyəti dövlət başçısının verdiyi bütün vədlərin əməli fəaliyyətə və praqmatizmə söykəndiyini, respublikanın gerçək potensialı ilə uzlaşdığını tamamilə təsdiqləmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu respubiika iqtisadiyyatında böyük uğurlara zəmin yaratmış, hər bir vətəndaşın həyatında nəzərəçarpacaq irəliləyişlərə səbəb olmuşdur. Dövlət başçısı İlham Əliyev cəmiyyətin alternativsiz seçiminə çevrilmiş Heydər Əliyev siyasi kursunu qətiyyətlə davam etdirəcəyinə xalqda qəti əminlik yaratmış, əsası ümummilli liderimiz tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının ardıcıl şəkildə və yüksək dinamizmlə həyata keçirilməsinə əsaslı zəmin formalaşdırmışdır. Bu gün respublikamızda mövcud olan daxili sabitlik, əmin-amanlıq, milli barışıq mühiti demokratik inkişafın, qanunçuluğa və hüquq qaydalarına, ədalət meyarlarına ciddi şəkildə riayət olunmasının, habelə sürətli iqtisadi tərəqqinin başlıca təminatlarından biridir. Ötən müddətdə hər bir Azərbaycan vətəndaşı sabit, inkişaf edən ölkədə yaşadığını, baş verəcək hər hansı təhlükədə dövlətin başçısına arxalana biləcəyini özü üçün tam yəqinləşdirmişdir. Prezident İlham Əliyev yaxşı biiir ki, ölkənin inkişafının yeganə düzgün yolu demokratiyadır. Demokratiya davamlı və sərhədləri görünməyən prosesdir. Azərbaycanın uğurlu və inamlı addımları son on illik tarixi müstəqillik yolunda mühüm rol oynayır və daha böyük sıçrayışla irəliləməsi bir dövlət kimi onun irrkişafını göstərir. Dünya dövlətlərinin liderləri arasında çox böyük nüfuza malik olan prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda demokratik hüquqi dövlət quruculuğu və islahatların müvəffəqiyyətlə həyata keçirilməsi sahəsində qazanılan nailiyyətlər dünyada böyük maraqla qarşılanır və dəstəklənir. Ümummilli lider Heydər Əliyevin xalqımızın qarşısında tarixi xidmətlərindən hələ çox danışılacaq və onlardan imkan daxilində bəhrələniləcək. Bu tarixi xidmətlərdən biri də cənab prezident İlham Əliyevi ölkə başçısı vəzifəsinə məsləhət görməsi oldu. Sevindirici və uğurlu haldır ki, o, ulu öndərin siyasi kursunu layiqincə davam etdirir, vətən, xalq, dövlət üçün bacarığını, əzmkarlığını, iradəsini, erudisiyasını və var qüvvəsini sərf edir. Dövlətimizin daha da qüdrətlənməsinə, ölkəmiz gündən-günə çiçəklənməsinə, xalqımızın indikindən də firavan yaşamasına, gələcəyə doğru inamla addımlamasına səy göstərir. Ulu öndərdən böyük siyasət dərsi keçən İlham Əliyev xalqımızın milli maraqlarını həyata keçirir, bunu öz həyat idealı hesab edir, Azərbaycanın haqq işini bütün dünyada tanıtmağa çalışır. Ən böyük problemimiz olan Qarabağ məsələsinin sülh yolu ilə həll edilməsi, qaçqın və köçkünlərin öz evlərinə qaytarılması sahəsində siyasi mübarizəsini davam etdirən ölkə prezidenti İlham Əliyevin məqsədi budur ki, bu problem ədalət və sülh yolu ilə həll edilsin. O, millətin ağır günündə varlanmağa can atanlara qarşı mübarizə aparmağın zəruriyyətini dərk edən və mübarizə aparan liderdir. İlham Əliyevin siyasi liderliyini, qeyd etdiyimiz kimi, artıq dünya siyasət adamları da qəbul ediblər. Cənab prezidentin həyata keçirdiyi məqsədyönlü və hərtərəfli təd-birlər, kompleks islahatlar bunu deməyə əsas verir və inanıram ki, cə-nab prezidentimiz İlham Əliyev xalqımızın ona olan inamını bundan sonra da doğruldacaq! Cənab İlham Əliyev! 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü, qarşıdan gələn Yeni il və ad gününüz münasibətüə Sizi səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, can sağlığı arzulayırıq! ![]() Ağahəsən Rəsulov, Respublika 1 saylı Psixatriya Xəstəxanasının baş həkimi, Əməkdar həkim Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

İlham Əliyev milli ənənələrə, dövlətçilik prinslplərinə sadlq olan, eyni zamanda, XXI əsrin müasir siyasi məkanına uğurla köklənən, ən müxtəlif siyasi keyfiyyətləri və dəyərləri özündə sintez etməyi bacaran dövlət xadimidir. Ötən illər ərzində o, nüfuzlu lider, görkəmii siyasətçi kimi özünü ölkədə və xəricdə təsdiq etmişdir. Prezident İlham Əliyevin siyasi xəttinin müxtəlif aspektləri, dövlət idarəetmə metodları beynəlxalq ekspertiər tərəfindən də müsbət qiymətləndirilir.