XİN: Almaniyada yanğın hadisəsinin irqi ayrı-seçkilik zəminində baş verməsi istisna olunmur25-08-2015, 10:20
Çap et Almaniyanın Bavariya əyalətində azərbaycanlıların da yaşadığı qaçqın düşərgəsində yanğın hadisəsinin ksenofobiya və irqi ayrı-seçkilik zəminində baş verməsi istisna olunmur. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev sözügedən yanğın hadisəsini Trend-ə şərh edərkən bildirib.H.Hacıyev Almaniyanın Bavariya əyalətinin Noyştad-Valdnab şəhərində azərbaycanlıların da yaşadığı qaçqın düşərgəsində avqustun 21-də yanğın hadisəsinin baş verməsi ilə əlaqədar bildirib ki, Almaniyanın Bavariya əyalətinin rəsmilərinin də qeyd etdiyi kimi, bu yanğın hadisəsinin ksenofobiya və irqi ayrı-seçkilik zəminində baş verməsinin istisna olunmadığını nəzərə alaraq istintaqın obyektiv və müfəssəl şəkildə aparılacağına və təqsirkar bilinən şəxslərin qanun qarşısında layiqli cəzalarını alacaqlarına ümid edirik. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Almaniyanın Bavariya əyalətində azərbaycanlıların da yaşadığı qaçqın düşərgəsində yanğın hadisəsinin ksenofobiya və irqi ayrı-seçkilik zəminində baş verməsi istisna olunmur. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev sözügedən yanğın hadisəsini Trend-ə şərh edərkən bildirib.