Azərbaycan xalqının ölməz oğlu Heydər Əlirza oğlu Əliyev29-04-2019, 18:51
Çap et Nəticə etibarilə Naxçıvan Muxtar Respublikası Azərbaycan bölgələri arasında ilk dəfə olaraq sovet imperiyasının buxovlarını qırdı, ilk azadlıq qaranquşuna çevrildi və özünün müstəqilliyiyni bəyan etdi. Bu addım təkcə azadlıq meyarı ilə təsbit olunmadı, həm də qardaş Türkiyə və İran dövlətləri arasında Sovet imperiyasının yaratdığı problemlərin düyününü açdı, bu mənfur rejimin ideologiyasını darmadağın etdi. Ulu öndərimizin Naxçıvana gəldiyi dövr çoxumuzun yaddaşında canlanır. O möhtəşəm gün bütün insanların üzündə sevinc, arxayınlıq hissləri görünürdü. Naxçıvan camaatı toy-bayram edirdi, evlərdə şirniyatlar hazırlanır, ləziz yeməklər bişirilir, qurbanlar kəsilirdi. Hamı Azərbaycan xalqına bəxş etdiyi əvəzolunmaz, dahi şəxsiyyət, böyük sərkərdə, yenilməz siyasətçi, alim, akademik, müdrük el atası Heydər Əliyevə görə Ulu Tanrıya şükr edirdi. Uşaqkən böyüklərin əsrin əvvəllərində ermənilərin xalqımızın başına açdığı tükürpədici vəhşiliklərdən danışdıqlarını tez-tez eşidirdik və ürəyimizdə onlara qarşı nifrət hissi oyanırdı. Qorxurduq ki, onlar doğma Naxçıvanımızı da işğal edər, sevdiklərimizə divan tutar, öldürər və yalnız dünyada onlara aid olan vəhşiliklər törədərlər. Lakin ulu öndər Heydər Əliyevin Naxçıvana gəlişi ürəyimizdəki bu qorxunu silib atdı. Heydər Əliyev qəlbimizdə əbədi yaşayacaq. Onun ideyaları xalqımızı xoşbəxt gələcəyə aparan mayakdır! Heydər Əliyev bitib-tükənməyən bir xəzinə, örnək, Allah tərəfindən Yer üzünə göndərilmiş müqəddəs bir varlıq, xarizmatik bir qüvvə idi. Ulu öndərin çox zəngin həyatını, ömür yolunu, titanik fəaliyyətini, Azərbaycan və azərbaycanlılar üçün, bütövlükdə türk dünyası üçün gördüyü misilsiz işləri ifadə etmək olduqca çətindir. Əslində, bunun üçün qalaq-qalaq, cild-cild kitablar yazılmalıdır və mütləq yazılacaqdır. Sücəddin Əbdülov.Lənkəran Şəhər Uşaq Xəstəxanasının nəzdində olan Zona Uşaq Reanimasiya şöbəsində 23 il şöbə müdiri işləmiş, ali dərəcəli sertifikat almış reanimatoloq Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Sücəddin Əbdülov.