Lavrovla ATƏT-in baş katibi arasında Dağlıq Qarabağla bağlı müzakirələrin təfərrüatları açıqlanıb8-05-2019, 19:24
Çap et Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O bildirib ki, Moskva görüşlərinin yekunlarına əsasən qeyd olunduğu kimi, Azərbaycan və Ermənistanın humanitar sahədə qarşılıqlı fəaliyyətin təşkil olunması perspektivlərində marağı vurğulanıb: “Söhbət münaqişə zonasında stabilləşmə ilə bağlı addımlardan, xüsusilə də kənd təsərrüfatı işləri zamanı atılacaq addımlardan, ölkələrin ərazilərində əsirlikdə saxlanan şəxslərin yaxınlarının görüşə buraxılması imkanları və insanlar arasında təmasların qurulması, o cümlədən KİV nümayəndələri arasında qarşılıqlı səfərlərin təşkol olunması üzrə işə başlamağa hazırlıqdan gedir. Qreminger öz növbəsində ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dəstəyini davam etdirmək niyyətini təsdiq edib”. Xatırladaq ki, S.Lavrovla T.Qreminger arasında görüş aprelin 24-də Moskvada keçirilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
