Demo Sayt » siyaset » Heydər Əliyev yenilməzdir


Heydər Əliyev yenilməzdir

16-05-2019, 17:58
Çap et
Heydər Əliyev yenilməzdir
Ulu öndər Heydər Əlirza oğlu Əliyev öz xalqını, torpağını, vətənini sevdiyi qədər dünya sivilizasiyasının tərəqqisinə də biganə olmayan dahi insanlardan idi. Məhz onun dühasının nuru, işığı, ziyası indi bütün bəşəriyyət tərəfindən get-gedə daha çox qiymətləndirilir. Bütün beynəlxalq aləm Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin simasında Azərbaycan xalqını dünyada sülhün, əmin-amanlığın, dincliyin, tərəqqinin, inkişafın tərəfdarı, təminatçısı kimi getdikcə daha çox tanıyır. Artıq Heydər Əlirza oğlu Əliyevdən qalan təkrarolunmaz daxili və xarici siyasəti nəticəsində bütün dünya xalqları aydın görür ki, Azərbaycan Respublikası dünya birliyinə inteqrasiya prosessində günbəgün daha fəal iştirak edir. Bazar iqtisadiyyatının möhkəmlənməsinə, hüquqi dövlət quruculuğunun həyata keçirilməsində, cəmiyyətin həyatının bütün sahələrində əsaslı dəyişikliklər aparılmasında respublika rəhbərliyinin apardığı məqsədyönlü fəaliyyətinin bəhrələri danılmazdır. İndi bu nailliyyət ən nüfuzlu təşkilatlar, tanınmış şəxsiyyətlər tərəfindən dönə-dönə tədqiq olunur.
Nailiyyətlərin qazanılması Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əlirza oğlu Əliyev cənablarının təkrarolunmaz, məqsədyönlü nəhəng fəaliyyətinin nəticəsidir. Lakin bu nailiyyətlər heç asanlıqla qazanılmamışdır.
Ötən illər ərzində Azərbaycan Respublikasının inkişafında qəti dönüş illəri olmuşdur. Bu illər bir-birindən ictimai-siyasi durumuna, iqtisadiyyatın möhkəmlənməsinə, xalqın maddi rifah halının yaxşılaşmasına, beynəlxalq aləmdə Azərbaycan Respublikasının tanınmasına görə bir-birindən yaxşılığa doğru kəskin surətdə fərqlənir. Bu illər ərzində möhtərəm prezidentimizin rəhbərliyi altında Azərbaycan Respublikasının iqtisadiyyatı, elmi, mədəniyyəti, insanların mənəviyyatı xeyli yüksəlmiş, dünya dövlətləri sırasında özünə layiqli yer tutması ilə bir daha sübut edilmişdir. Artıq Azərbaycana yuxarıdan aşağı baxan bir sıra bədxah siyasətçilər, dövlət başçıları, nüfuzlu adamlar Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyevin nüfuzunu, şəxsiyyətini açıq şəkildə bildirməyə məcburdular. Rusiyanın keçmiş baş naziri, Yuqoslaviya böhranının aradan qaldırılması üzrə xüsusi nümayəndəsi V.Çernomirdinin 1999-cu il üzrə aprel ayının 20-də Heydər Əliyevlə görüşündə dediyi, - Siz nüfuzlu bir dövlətin rəhbərisiniz, Sizin nəinki yaxın ətrafınızda, yaxın xaricdə, indi belə demək dəbdədir, -həm də dünyada tanıyırlar, - deməsi, daha doğrusu etiraf etməsi nurlu, dahi insan Heydər Əliyevin nüfuzu, şəxsiyyəti qarşısında baş əymək, onun siyasəti ilə hesablaşmağın bariz nümunəsidir. Bu, başqaları üçün o deməkdir ki, mənəm-mənəm deyən dövlət rəhbərləri, nüfuzlu siyasətçilər gənc Azərbaycan dövlətinin müstəqilliyinə, suverenliyinə, onun siyasətinə, tutduğu mövqeyə istehza ilə yanaşan “qürurlu” məmurlar əvvəl-axır Heydər Əliyev böyüklüyü, onun siyasət meydanındakı şəhanə qaməti qarşısında aciz qaldıqlarını gec də olsa başa düşmüşlər.
Bu mövzuda danışarkən bir an da olsa ötən illərə nəzər salmaq məcburiyyətində qalırsan. Azərbaycanın hansı məhrumiyyətlər bahasına bu günə gəlib çatdığını düşündükcə, birdən belə yox, başqa cür olsa idi vətəndə, torpaqda daha nələr baş verərdi? -sualı qarşısında qalırsan.
ÖMRÜNÜN 96-CI BAHARINI YAŞAMAQ AZƏRBAYCAN RESPUBLİKASININ MƏRHUM PREZİDENTİ, ULU ÖNDƏR HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVƏ QİSMƏT OLMASA DA, O, AZƏRBAYCAN XALQINI XXI ƏSRƏ APARAN DAHİ VƏ NURLU ŞƏXSİYYƏT KİMİ DAİM ÜRƏKLƏRDƏ YAŞAYACAQDIR.
Heydər Əliyev yenilməzdir
Məmmədova Ayşə Musa qızı,
ADPU-nun ibtidai təhsilin pedaqogikası və metodikası kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, «İlin nüfuzlu ziyalısı» medalı media mükafatı laureatı.
Reytinq: