Fuad Muradov: Bəzi qurumlar Azərbaycana qarşı “qara piar”da xüsusi fəallıq nümayiş etdirirlər3-09-2015, 11:53
Çap et Bunu millət vəkili Fuad Muradov bildirib. Deputat qeyd edib ki, özlərini “beynəlxalq araşdırmaçı təşkilatlar” kimi təqdim edən, lakin əslində bəzi qüvvələr tərəfindən idarə olunan qurumlar ölkəmizə qarşı aparılan “qara piar”da xüsusi fəallıq nümayiş etdirirlər: “Buna səbəb isə Azərbaycanın qlobal məsələlərdə bu qüvvələrin maraqlarına deyil, vətəndaşlarımızın mövqeyini qorumasına xidmət etməsidir. Eyni zamanda, guya ölkəmizdə “insan haqlarının pozulmasını” qabardan bu qüvvələr Azərbaycanın heç kimin diktə və şərtləri ilə siyasət aparmadığını həzm edə bilmir”. F.Muradov əlavə edib ki, Azərbaycan cəmiyyəti dünyada gedən prosesləri izləyir və ona öz qiymətini verməyi bacarır: “Bu gün Azərbaycan vətəndaşı ölkəmizin ərazi bötövlüyü məsələsində vəhdət mövqe nümayiş etdirir və kimlərinsə qarayaxma kampaniyasına deyil, Qarabağın azad olunması istiqamətindəki addımlara daha çox diqqət yetirir.” Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
