Rusiyalı xilasedicilər Azərbaycan istehkamçılarına pirotexnika işini öyrədəcəklər5-01-2021, 06:14
Çap et Bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndəsi Yevgeni Borisov deyib. Onun sözlərinə görə, humanitar missiya çərçivəsində pirotexniklər Ağdam rayonunda fəaliyyət göstərəcək: "20 nəfərdən ibarət heyət "Lider" mərkəzinin pirotexniklərindən və Noginsk xilasetmə mərkəzinin əməkdaşlarından təşkil edilib. Bundan başqa, Rusiya FHN tərəfindən 3 ədəd robot avadanlığı texnikası gətirilib". Bildirilib ki, Azərbaycana gələn bütün heyət COVID-19 infeksiyasına qarşı testdən keçirilib. Qeyd edək ki, sabahdan rusiyalı mütəxəssislər ilk olaraq Ağdam rayonu ərazisində ayrılmış 100 hektar ərazinin minadan və partlamamış hərbi sürsatlardan təmizlənməsi əməliyyatlarına başlayacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
