Qarabağda vəziyyət normallaşıb, xırda insidentlərin qarşısı dərhal alınır - Lavrov6-05-2021, 09:33
Çap et Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevanda ermənistanlı həmkarı Ara Ayvazyanla görüşü zamanı deyib: O bildirib ki, Qarabağ tənzimləməsində müsbət tendensiyalar müşahidə olunur: "Rusiyanın sülhməramlı kontingenti təhlükəsizliyin qarantı kimi çıxış edir. Bütün əməliyyatlarda olduğu kimi, bu prosesdə də qeydə alınan xırda insidentlərin qarşısı rusiyalı sülhməramlılar tərəfindən operativ və səmərəli şəkildə alınır". S.Lavrov, həmçinin baş nazir müavinlərindən üçtərəfli işçi qrupunun işini fəal şəkildə davam etdirdiyini vurğulayıb: "Biz bu işin davam etməsində və Cənubi Qafqazın dayanıqlı iqtisadi inkişafnın təmin olunması üçün Bakı ilə Yerevan arasında dialoqun qurulmasında maraqlıyıq". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
