Azərbaycanın İspaniyadakı səfiri geri dönmək istəmir? MÜƏMMA23-09-2015, 16:03
Çap et Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev bu il mayın 20-də prezident İlham Əliyevin imzaladığı fərmanla geri çağırılıb.Lakin virtualaz.org saytına daxil olan məlumatda deyilir ki, Altay Əfəndiyev hələ də Madriddəki səfirlikdə iş kabinetini boşaltmayıb və faktiki olaraq səfir kimi fəaliyyətini davam etdirir. A.Əfəndiyev İspaniyadakı səfir vəzifəsinə 2010-cu ildə təyin olunmuşdu. Maraqlıdır ki, səfirliyin rəsmi internet səhifəsində də Altay Əfəndiyevin hələ İspaniyadakı fövqəladə və səlahiyyətli səfir olduğu göstərilir. Virtualaz.org saytı bu məlumatı dəqiqləşdirmək üçün Azərbaycanın İspaniyadakı səfirliyinə zəng vurub. Səfirliyin əməkdaşı Günay Ramazanova bildirib ki, hazırda səfir vəzifəsi boşdur. Çünki səfir bu ilin may ayında geri çağırılıb. G.Ramazanova “bəs Altay Əfəndiyev hazırda səfirlikdə işi davam etdirirmi” sualına isə “mən bu suala cavab verə bilmərəm, XİN-ə zəng edin” cavabını verib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev bu il mayın 20-də prezident İlham Əliyevin imzaladığı fərmanla geri çağırılıb.