Demo Sayt » siyaset » Qəhrəman pilotun nəəşi ailəsinə verildi


Qəhrəman pilotun nəəşi ailəsinə verildi

11-04-2016, 09:09
Çap et
Şəhid Təbriz Musazadə bu gün II Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Qəhrəman pilotun nəəşi ailəsinə verildi
Şəhid pilot Təbriz Musazadənin meyiti ötən gecə 00.30-də ailəsinə təhvil verildi. Gecə saatları olmasına baxmayaraq meyidin qarşılanması vaxtı şəhidin ailəsinin yaşadığı NZS qəsəbəsində izdiham müşahidə olunurdu. Şəhidi tanıyan və tanımayan hər kəs onun evinin qarşısına toplaşmışdı. Üçrəngli şanlı bayrağımıza bülkülmüş 35 yaşlı Təbriz Musazadənin nəəşini qəsəbə sakinləri “Şəhidlər ölməz, vətən bölünməz” şüarını səsləndirərək qarşıladılar.
Ailə üzvləri, qohumları, tanışları ilə yanaşı şəhid Təbriz Musazadəni yaxından tanımayanlar da onun torpaq uğrunda canından keçməsini qürurla qəbul etsələr də köks ötürmədən də dayana bilmirdilər.
Yaxınları deyir ki, Təbriz vətənini ailəsindən, valideynlərindən və iki azyaşlı övladından da çox istəyirmiş.
Təbriz Musazadənin meyiti digər şəhid hərbçilərimizin meyitləri ilə birlikdə ötən gün beynəlxalq təşkilatların vasitəçiliyi ilə Ermənistan silahlı qüvvələrindən geri alınıb.
Şəhid Təbriz Musazadə bu gün II Fəxri Xiyabanda torpağa tapşırılacaq. Allah rəhmət eləsin!

Dünən Ermənistan silahlı birləşmələri ilə son döyüşlərdə şəhid olan həbçilərimizin meyidləri geri alınıb. Meyitləri qaytarılanlar arasında cəbhədə qəhrəmancasına şəhid olan pilotlarımız da olub.
Proses beynəlxalq təşkilatların vasitəçiliyi ilə əldə olunan qarşılıqlı razılaşmaya əsasən baş tutub. Razılaşmaya əsasən hər iki tərəfin nəzarətində qalan hərbçilərin meyitləri qoşunların təmas xəttindən qaytarılıb.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasından məlumat verilib. Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in vasitəçiliyi ilə həyata keçirilib.
Reytinq: