Demo Sayt » siyaset » Prezident İlham Əliyev Rusiya Prezidentinə başsağlığı verib


Prezident İlham Əliyev Rusiya Prezidentinə başsağlığı verib

20-06-2016, 13:14
Çap et
Prezident İlham Əliyev Rusiya Prezidentinə başsağlığı verib Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə verilən başsağlığında deyilir: “Hörmətli Vladimir Vladimiroviç, Kareliyadakı Syamozero gölündə fırtına nəticəsində uşaqların həlak olması xəbəri məni dərindən kədərləndirib.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm”.
Reytinq: