Demo Sayt » siyaset » Bu gün Bakıda prezidentlərin sammiti keçiriləcək


Bu gün Bakıda prezidentlərin sammiti keçiriləcək

8-08-2016, 11:33
Çap et
Bu gün Bakıda prezidentlərin sammiti keçiriləcək Bu gün Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli formatda sammiti keçiriləcək.
APA-nın məlumatına görə, artıq İran prezidenti Həsən Ruhani ötən gündən Azərbaycanda səfərdədir.
Rusiya prezidenti Vladimir Putinin bu gün Azərbaycan gəlməsi gözlənilir.
Görüşdə əsasən “Şimal-Cənub” dəmiryol xəttinin inşası ilə bağlı müzakirələr aparılacaq. Prezidentlər Suriya, Əfqanıstan, terrorçuluq və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi kimi məsələlərə də toxunacaqlar.
Sammitin sonunda bəyannamənin imzalanması gözlənilir.

Reytinq: