Con Kerri: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hələlik şərait yaranmayıb”30-09-2016, 10:00
Çap et Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hələlik şərait yaranmayıb.Bunu ABŞ-ın dövlət katibi Con Kerri Vaşinqtonda Aspen Elmi Tədqiqat İnstitutu və “Atlantik” həftəlik dərgisinin təşkil etdiyi 8-ci illik forumda deyib. “Müasir dünyada Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi bir neçə dondurulmuş münaqişə var ki, onların nizamlanması hazırda mümkünsüz görünür, çünki, hər şeydən əvvəl, liderlər buna hazır deyillər”, - deyə Kerri qeyd edib. “Bununla belə, İsrail-Fələstin münaqişəsi bu tip münaqişələrə aid deyil”, - deyə ABŞ-ın dövlət katibi vurğulayıb. Onun sözlərinə görə, “bu cür münaqişələr mürəkkəbdir, lakin, insanların müəyyən kompleks qərarlar qəbul edəcəyi təqdirdə, onları keçmişdə qoymağın yollarını seyr etmək mümkündür”. “Mən düşünürəm ki, İsrail-Fələstin münaqişəsi bu kateqoriyaya aiddir”, - deyə Kerri əlavə edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hələlik şərait yaranmayıb.