Demo Sayt » siyaset » Azərbaycan prezidenti qırğızıstanlı həmkarına başsağlığı verib


Azərbaycan prezidenti qırğızıstanlı həmkarına başsağlığı verib

16-01-2017, 13:15
Çap et
Azərbaycan prezidenti qırğızıstanlı həmkarına başsağlığı verib Azərbaycan prezidenti İlham Əliyevqırğızıstanlı həmkarı Almazbek Atambayevə başsağlığı verib.
Dövlət başçısının məktubunda deyilir:
“Hörmətli Almazbek Şarşenoviç, Bişkek yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən kədərləndirdi. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm”.
Reytinq: