Vaşinqtonda 20 Yanvar faciəsi yad edilib24-01-2017, 09:52
Çap et Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək 1990-cı ilin yanvar günlərində Bakı və ölkəmizin müxtəlif bölgələrində Azərbaycanın azadlıq və müstəqilliyi naminə aparılan mübarizə və Sovet hakimiyyətinin xalqımızın haqlı tələblərinə verdiyi qanlı cavab haqqında məlumat verib. O, Sovet imperiyasının süqutunu sürətləndirən Qara Yanvar faciəsinin milli, mənəvi dirçəlişimiz baxımından əhəmiyyətini vurğuladı. E.Süleymanov bu faciənin baş verdiyi günləri yada salaraq həmin vaxtın özünün Moskvada tələbəçilik illərinə təsadüf etdiyini bildirmiş və bu qanlı faciəyə dair həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə soydaşlarımızın səfərbər olunması istiqamətində görülmüş işləri xatırlatdı. Bu xüsusda o, Ümummilli Lider Heydər Əliyevin Vətənimiz üçün taleyüklü günlərdə göstərdiyi sarsılmaz iradə və əzmkarlıqdan bəhs etmiş, onun Moskvada mətbuat konfransı keçirərək Azərbaycan xalqına və dünya ölkələrinə səsləndirdiyi müraciətinin soydaşlarımıza verdiyi mənəvi dəstəyi və bunun Azərbaycanın müstəqilliyinə aparan hadisə olduğunu qeyd edib. Daha sonra Azərbaycan diasporunun fəal üzvü Həbib Azərsina 20 Yanvar faciəsinin dünyadakı bütün Azərbaycanlıları ayağa qaldırdığını, o cümlədən ABŞ-dakı Azərbaycanın diaspor nümayəndələrinin keçmiş SSRİ-nin səfirliyi qarşısında etiraz aksiyası keçirdiklərini xatırlatmış və bunu milli oyanışın və həmrəyliyin mühüm amili kimi qeyd edib. Yekunda mərasimdə 20 Yanvar şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və onların ruhuna ehsan verilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
