Prezident: "Cocuq Mərcanlı kəndinin yenidən qurulması tarixi hadisədir"30-01-2017, 16:35
Çap et Azərbaycan Prezidenti Cocuq Mərcanlı kəndinin sakinlərinin bu qərara çox böyük həvəslə, böyük maraqla yanaşmasından şad olduğunu söyləyib, onların səbirsizliklə həmin günü gözlədiklərinə əmin olduğunu bildirib. “Əminəm ki, biz qısa müddət ərzində Cocuq Mərcanlı kəndini yenidən quracağıq. İndi orada minalardan təmizləmə işləri aparılır. Televiziyada da o kəndin görüntüləri göstərilir. Bu kənd bir neçə ay işğal altında olub. Ondan sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Horadiz əməliyyatı keçirilib. İşğalçılar, düşmənlər o kənddən qovulublar. Amma bir neçə ay ərzində onlar bu kəndi yerlə-yeksan etdilər. İndi əlbəttə ki, orada minalardan təmizləmə işləri aparılmalı, ondan sonra infrastruktur layihələri icra edilməlidir. Mən göstəriş vermişəm, beynəlxalq təşkilatlara da müraciət olunsun ki, onlar da öz nümayəndələrini oraya göndərsinlər. Görsünlər ki, erməni vəhşiliyi nədən ibarətdir”, - deyə dövlətimizin başçısı vurğulayıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
