Demo Sayt » siyaset » Millət vəkili: Lapşinin ekstradisiyası Azərbaycanın bir dövlət kimi yüksək nüfuzunun göstəricisidir


Millət vəkili: Lapşinin ekstradisiyası Azərbaycanın bir dövlət kimi yüksək nüfuzunun göstəricisidir

8-02-2017, 11:04
Çap et
Millət vəkili: Lapşinin ekstradisiyası Azərbaycanın bir dövlət kimi yüksək nüfuzunun göstəricisidir "Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfərlər etmiş Aleksandr Lapşinin ölkəmizə ekstradisiya edilməsi Azərbaycanın bir dövlət kimi yüksək nüfuzunun göstəricisidir".
Bunu mətbuata açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
A.Mirzəzadə qeyd edib ki, A.Lapşin məsələsi ötən ilin aprel hadisələri kimi tariximizə yazılacaq bir məsələdir:
"Bu, eyni zamanda, Ermənistana növbəti ciddi xəbərdarlıqdır: Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətlər törətmiş erməni cinayətkarları da əlləri qandallı vəziyyətdə məhkəməmiz qarşısında duracaqlar".
Reytinq: