Rusiya səfiri: “Ermənistan və Azərbaycanın mövqelərinin yaxınlaşdırılması üçün səylərimizi davam etdirəcəyik”10-02-2017, 15:50
Çap et Bunu TASS-a müsahibəsində Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin deyib. "2016-cı ilin aprelində Dağlıq Qarabağda təmas xəttində 4 günlük müharibədən sonra vəziyyətin normallaşması üçün bir sıra addımlar atılıb. Təəssüf ki, bu günədək silahlı insidentlərin araşdırılması mexanizmi və münaqişə zonasında ATƏT-in müşahidəçiləri missiyasının genişləndirilməsi haqqında əldə olunan razılıq həyata keçirilməyib", - deyə diplomat söyləyib. Diplomat qeyd edib ki, Rusiya Cənubi Qafqazda sabitliyin bərqərar olmasının tərəfdarıdır: “Biz bu münaqişənin sülh yolu ilə həllinə alternativ görmürük və ATƏT-in Minsk qrupundan olan tərəfdaşlarımızla birlikdə tərəflərin mövqelərinin yaxınlaşdırılması istiqamətində səylərimizi davam etdirəcəyik". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
