Demo Sayt » siyaset » Putin Mehriban Əliyevanı təbrik edib


Putin Mehriban Əliyevanı təbrik edib

7-03-2017, 16:42
Çap et
Putin Mehriban Əliyevanı təbrik edib Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycanın birinci vitse-prezidenti Mehriban Arif qızı Əliyevanı 8 mart Qadınlar Günü münasibətilə təbrik edib.
Heqiqet.az-ın AzərTac-a istinadən məlumatına görə, təbrikdə deyilir:
“Hörmətli Mehriban Arif qızı.
Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm.
Qadınlar bütün dövrlərdə ailə ocağının, ailə dəyərlərinin və ənənələrinin mühafizəçiləri olub, sevgi və sədaqəti, qəlbin hərarətini və ümidləri təcəssüm ediblər.
Sizin həyatınızda işıqlı və sevincli günlərin mümkün qədər çox olmasını, işlərinizin və təşəbbüslərinizin həmişə uğurla nəticələnməsini ürəkdən arzu edirəm.
Sizə möhkəm can sağlığı, uğurlar və firavanlıq diləyirəm”.
Reytinq: