Səlim Müslümov: "İşəgötürənlər işçilərin təhlükəsizliyinin mühafizəsi qaydalarına əməl etmir"26-04-2017, 13:32
Çap et Bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. O bildirib ki, 28 aprel əməyin mühafizəsi günüdür: "Əmək Müfəttişliyinin apardığı yoxlamalar il yarımdan çoxdur dayandırılıb. Son dövrlərdə işəgötürənlər nəzarət sistemini nəzərə almır. Nəticədə ölənlərin sayı artıb. Mühafizə vasitələrindən istifadə halları azalıb. Qanun işəgötürənləri məcbur edir ki, onlar işçilərin təhlükəsizliyi üçün bu vasitələrdən istifadə etsinlər, işçiləri əmək təhlükəsizliyi qaydaları ilə tanış etsinlər, gündəlik olaraq onlara bu barədə məlumat versinlər. Təəssüf ki, bunlar edilimir. Bunun bir səbəbi də ölkədə Əmək Məcəlləsi əsasın Əməyin Təhlükəsizliyi Fondunun yaradılmasının nəzərdə tutulmasına baxmayaraq, bu orqanın yaradılmamasıdır. Hazırda bunun üzərində iş gedir. Hesab edirəm ki, yaxın vaxtlarda əməyin istehsalatda baş verən bədbəxt hadisələrdən məcburi sığortalanması hesabına Əməyin Təhlükəsizliyi Fondunun formalaşması məsələsi öz əksini tapacaq". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
