Şimşək, külək, yağış - NAZİRLİKDƏN ƏHALİYƏ XƏBƏRDARLIQ17-08-2017, 17:14
Çap et Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-25°, gündüz 29-34°, Bakıda gecə 23-25°, gündüz 30-32° isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 32-37° isti, dağlarda gecə 12-17°, gündüz 22-27° isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°,Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti təşkil edəcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
