Abşeronda ağacı zədələyənlər cəzalandırılıb25-08-2017, 11:58
Çap et Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, əraziyə keçirilən baxış zamanı Gənclər şəhərciyindəki yaşayış binasının qarşısındakı torpaq sahəsinin tikinti məqsədi ilə hasara alındığı, yaş köküstə 4 ədəd söyüd ağacının kökündən çıxarıldığı və 2 ədəd söyüd ağacının zədələndiyi məlum olub. Araşdırma zamanı sözügedən ərazinin “Binagadi Oil Company” Şirkəti tərəfindən hasara alındığı aşkar edilib. Faktla bağlı işin icrasına cavabdeh olan “Binagadi Oil Company” Şirkətinin nümayəndəsi Rauf Bayramov barəsində protokol tərtib olunub. Qanun pozucusu inzibati qaydada 4000 manat məbləğində cərimə edilib və təbiətə dəymiş ziyana görə 480 manat məbləğində ziyan tətbiq olunub. Yol verilmiş qanun pozuntusunun aradan qaldırılması üçün “Binagadi Oil Company” Şirkətinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib. Eyni zamanda tikintinin dayandırılması üçün Abşeron rayon Polis İdarəsinə və “Binagadi Oil Company” Şirkətinə müraciət olunub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
