Mobil qurğularda ənənəvi SİM-kartlar ləğv ediləcək22-07-2015, 12:33
Çap et Dünya mobil operatorlarını özündə birləşdirən "GSMA” Assosiasiyası tezliklə elektron SİM-kartların (E-SIM) spesifikasiyalarını təsdiq etməyi planlaşdırır. Texnologiya smartfon, planşet, “ağıllı” saatların və digər elektronikanın quraşdırılmış SİM-kartlarla satışını nəzərdə tutur və istifadəçilərə istənilən anda müxtəlif operatorlara keçməyə imkan verir. Yeni standart artıq “AT&T”, “Deutsche Telekom”, “Etisalat”, “Hutchison Whampoa”, “Orange”, “Telefonica” və “Vodafone” operatorları tərəfindən dəstəklənib. Onlara tezliklə “Apple” və “Samsung” şirkətlərinin qoşulması gözlənilir. Qeyd etmək lazımdır ki, "Apple” “E-SIM” ilə oxşar həlli artıq kommersiya bazarında istifadə edir. Belə ki, son nəsil “iPad” planşetlərində müxtəlif operatorların şəbəkələrinə keçməyə imkan verən “Apple SIM” SİM-kartı quraşdırılıb. “GSMA”-nın ideyası ondan ibarətdir ki, dəyişdirilən SİM-kartlar tam ləğv olunacaq və onların yerini çiplər tutacaq. Bu yenilik istehsalçılara smartfonların qalınlığını azaltmağa imkan verəcək və bütün yeni qurğularda mobil ödənişlər funksiyasının quraşdırılmasına şərait yaradacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
