Həcc ziyarəti üçün qiymətlər ucuzlaşdı - RƏSMİ22-12-2017, 13:01
Çap et Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Nəcəfov bildirib. O qeyd edib ki, yanvar ayı ərzində Azərbaycandan daha bir qrup kiçik Həcc ziyarətinə yollanacaq: "Fevral ayı üçün də gediş nəzərdə tutulur”. QMİ rəsmisi bildirib ki, Ümrə ziyarəti üçün tələb edilən vəsaitin məbləği aşağı salınıb: "Qiymət ucuzlaşıb. Məsələn, keçən il Ümrə ziyarəti üçün ən aşağı qiymət 2 min dollardan çox idi. Hazırda qiymətlər otelə görə 1500 dollardan 2300 dollara qədər dəyişir. Yəni, qiymətlər 500 dollardan da çox uzuclaşıb”. Ümrə ziyarətinin 3 günlük Mədinə, 5 günlük isə Məkkə ziyarəti ilə yekunlaşdığını xatırladan QMİ rəsmisi əlavə edib ki, ziyarət ümumilikdə 9 gün çəkir: "QMİ ziyarətə Azərbaycan vətəndaşları və Azərbaycanda yaşamaq icazəsi olan əcnəbiləri göndərir”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
