Şamaxının Muğanlı kəndindəki sürüşmə sahəsində çatlar genişləndi13-04-2018, 19:08
Çap et Şamaxının Muğanlı kəndindəki sürüşmə sahəsində çatlarda nisbi artım müşahidə edilir.Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Muğanlının qədim sürüşmə sahəsi olduğunu nəzərə çatdıran Ə.Qaralov bildirib ki, hazırda Şamaxı şəhərinin “48 a” adlanan məhəlləsində də sürüşmə-çökmə prosesində aktivlik davam edir. Ə.Qaralovun sözlərinə görə, Şamaxı şəhərinin “48 a” adlanan məhəlləsində bir ilə yaxındır ki, sürüşmə-çökmə prosesi davam edir. Ekspedisiya rəisi hazırda Bayıl yamacında - Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində vəziyyətin stabil olduğunu söyləyib: “Son günlər ərzində reperlər, mayaklar üzərində apardığımız müşahidələr də onu göstərir ki, ərazidə sabit vəziyyət hökm sürür”. Ə.Qaralov bidirib ki, Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində sürüşmənin səbəbinin daha dəqiq müəyyənləşdirilməsi məqsədilə tədqiqatların aparılması üçün müəyyən qədər buruq-qazma işləri aparılıb. Qazılan quyulardan götürülən süxur nümunələri laborator analizlərin aparılması üçün ETSN-nin laboratoriyasına təqdim edilib. Nazirlik rəsmisi bu işlərin davam etdiriləcəyini də açıqlayıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Şamaxının Muğanlı kəndindəki sürüşmə sahəsində çatlarda nisbi artım müşahidə edilir.