Demo Sayt » sosial » Kürün suyu durulanadək bu rayonlar susus qalacaq


Kürün suyu durulanadək bu rayonlar susus qalacaq

4-06-2018, 09:54
Çap et
Kürün suyu durulanadək bu rayonlar susus qalacaq Bəzi ərazilərdə içməli suyun verilişində fasilələr yaranacaq. Bu barədə "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat bildirib.
A.Cəbrayıllının sözlərinə görə, buna səbəb yağıntılarla əlaqədar Kür çayında bulanıqlığın artmasıdır:
"Buna görə də Kür təmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb. Bununla əlaqədar Şirvan, Salyan, Biləsuvar, Hacıqabul, Sabirabad, Saatlı şəhərlərinə, Bakının Qaradağ rayonuna, eləcə də Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilişində fasilələr olacaq”.
Qurum rəsmis bildirib ki, fasilə Kür çayında bulanıqlıq səviyyəsi normallaşanadək davam edəcək.
Reytinq: