Demo Sayt » sosial » Milli Ordumuzun şanlı zəfərləri çox yaxındır


Milli Ordumuzun şanlı zəfərləri çox yaxındır

27-06-2018, 12:48
Çap et
Milli Ordumuzun şanlı zəfərləri çox yaxındır Dövlətçiliyimizin əsas gücü ordu siyasəti ilə ehtiva edir. Hələ 100 il əvvəl Azərbaycanda Xalq Cümhuriyyəti yaradılarkən də dövlət idarəetməsinin əsasında məhz güclü ordunun durduğu fikri ehtimal edilirdi. Bu gün də Azərbaycanın ordu siyasətinin başlıca məqsədi məhz dövlətimizin daha da gücləndirilməsi məsələsi kimi örnək tapır.
Bilirik ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə gələrkən ölkəmizin milli ordu quruculuğu işinə böyük önəm vermiş, Azərbaycanda ordu işini bilən ixtisaslı kadrların yetişməsi istiqamətində əməli addımlar atmışdır. Dahi rəhbərin 26 iyun tarixini Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü kimi elan etməsi də bu mühüm işin bir prosesidir.
Bilirik ki, 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix - 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir.
Hələ 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanılıb. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edilib. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin ediliblər. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas edib.
C. Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərmişlər. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması günün ən vacib məsələsinə çevrilmişdi.
26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüLakin hələ 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə qərarın və həmin ilin oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən silahlı qüvvələrin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq, o dövrün Respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Ermənistanın gündən-günə genişlənməkdə olan hərbi təcavüzü Milli Ordunun yaradılması işini sürətləndirməyi tələb edirdi. Lakin ilk vaxtlar yaradılmış hərbi hissələr müxtəlif siyasi qüvvələrin əlində alətə çevrilmişdi.
Ordu quruculuğuna yalnız 1993-cü ildən başlamaq mümkün oldu. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Görülmüş tədbirlər nəticəsində qısa zaman kəsiyində Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi, cəbhədə təşəbbüs Azərbaycan ordusunun əlinə keçdi. Bu uğurların müvəqqəti olduğunu güman edən düşmən öz havadarlarının köməyindən və silah sursatından istifadə edərək 1994-cü ilin ilk aylarında bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarına başladı. Lakin Azərbaycan ordu hissələrinin Füzuli, Beyləqan, Ağdam və Tərtər istiqamətlərindəki müqaviməti ilə rastlaşan və Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrinin şahidi olan düşmən cəbhədə atəşkəsə razılıq verməli oldu.
Milli Ordumuzun şanlı zəfərləri çox yaxındırMilli Ordumuzun şanlı zəfərləri çox yaxındırMilli Ordumuzun şanlı zəfərləri çox yaxındırMilli Ordumuzun şanlı zəfərləri çox yaxındır
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır.
Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Bu ordu işğal olunmuş ərazilərimizi düşməndən azad etməli, ölkəmizin ərazi bütövlüyünü qorumalıdır. Tarixi varislik ənənəsinə uyğun olaraq Prezidentin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.
26 iyun 2018-ci tarixdə ölkəmizdə keçirilmiş hərbi parad bir daha sübut etdi ki, Azərbaycanda güclü ordu siyasəti formalaşıb, milli kadrlarımız dünyaya meydan oxumaq bacarığına yiyələniblər. Məhz hərbi parad zamanı nümayiş olunan silahlarımız, Azərbaycan səmasında böyük, inanılmaz manevrlər edən şahinlərimiz, bir sözlə, düşmənə ürək dağı verə biləcək ordumuz ölkəmizin güclü siyasətə malik olduğunu bir daha təsdiqləyir. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycanın Milli Ordusu öz torpaqlarını tam gücü ilə qorumağqadirdir. Bu, bizi qürurlandırır, hər birimizdə kövrək hisslər yaradır.
Azərbaycan Respublikasının Hərbi Silahlı Qüvvələr günü - ordumuzun 100 illiyi münasibətilə bütün hərbçiləri, əsgər və zabitləri salamlayır, cənab Ali Baş Komandanımıza hər an əmrlərinə sadiq qalacağımızı ərz edir, cənab İlham Əliyevi ürəkdən təbrik edirik.
Allah Sizə daim yar olsun, cənab Prezident! Cənab Ali Baş Komandan!
Allah Sizə daim yar olsun, cənab zabitlər, əsgərlər!
Bizim qüdrətli ordumuz var və bu ordu ilə Azərbaycanın möhtəşəmliyi bütün dünyadan görünür.
Yaşasın qüdrətli Azərbaycan Ordusu!
Var olsun Azərbaycan xalqı!
Var olsun Azərbaycan Prezidenti!

Milli Ordumuzun şanlı zəfərləri çox yaxındır



Yeganə Baxşəliyeva,
Bakı şəhəri 29 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi,
"Qızıl Qələm" və "İlin müəllimi" media mükafatları laureatı
Reytinq: