Bakının 100 illik möhtəşəm tarixi17-09-2018, 15:49
Çap et Yeganə Baxşəliyeva,Bakı şəhəri 29 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi, "Qızıl Qələm" və "İlin müəllimi" media mükafatları laureatı Bilirik ki, 1918-ci ildə Bakı bolşevik-erməni birləşmələri tərəfindən işğal olunmuşdur. Həmin il millli dəyərlər tapdaq altında qalmış, ölkənin dövlətçilik prosesi zəifləmişdir. Lakin Türk-Azərbaycan qardaşlıq münasibətləri sayəsində 15 sentyabr 1918-ci ildə Bakı işğaldan azad edilmişdir və bu hadisə XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Yaxın tariximizdən məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin iyunun 4-də Osmanlı imperatorluğu hökuməti ilə dostluq müqaviləsi imzalayıb. Sənəddə qeyd olunurdu ki, “ölkənin təhlükəsizliyini təmin etmək üçün, əgər ehtiyac olarsa, Osmanlı hökuməti Azərbaycan Respublikasına hərbi yardım göstərməyi öz üzərinə götürür”. Osmanlı hökuməti üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək yenicə yaranan qardaş Azərbaycan dövlətinə hərbi yardımını əsirgəmir. 1918-ci ilin iyunundan Qafqaz İslam Ordusu ərazilərimizin işğaldan azad edilməsi istiqamətində hərəkətə keçir. 1918-ci il sentyabrın 15-də Qurban bayramı günündə Bakı işğalçılardan azad edilib. 1918-ci ilin sentyabrında Bakı azad edilməsəydi, bu şəhərin indi Azərbaycanın paytaxtı olması sual altında qalardı. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Bakıya köçməsilə dövlətimizin qarsısındakı böyük təhlükə sovuşmuş oldu. Bakının xilası, onun milli şəhər simasının bərpa edilməsi Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış tarixi zəfər idi. Bakının azad edilməsi zamanı şəhid olanların ruhu qarşısında bizlər hər zaman borcluyuq. Məhz bu gün də Azərbaycan xalqının döyüşkənlik ruhu yüksəkdir və cənab Ali Baş Komandanın əmri olacağı təqdirdə işğal altında olan torpaqlarımızı düşməndən azad etməyə hazırdır. 100 ildən artıq müddətdə ordusu olmayan, hərbi xidmətə çağrılmayan xalq daşnaq-bolshevik qoşunlarına qarşı vuruşa-vuruşa özünə ordu qurdu. Qafqaz İslam Ordusunun qurulması eyni zamanda türk-müsəlman əhalinin məruz qaldığı soyqırımı da dayandırmış oldu. 14 sentyabrdan başlayaraq 36 saat savaşdan sonra Bakı işğaldan azad olundu: “Təsadüfi deyilki, Bakısız Azərbaycan başdız bədənə bənzədilirdi. Bu bir daha Bakının Azərbaycanın üçün nə qədər mühüm əhəmiyyət daşıdıgını göstərir”. Bildiyimiz kimi, 48 gün davam edən Müsüslü döyüşü nəinki o vaxtkı Cümhuriyyət dövrünün, həm də bugünkü Azərbaycanın taleyində çox mühüm əhəmiyyət kəsb edir. Bu gün Bakının 100 illiyi ərəfəsində paytaxtımızda keçirilən möhtəşəm hərbi parad bir daha sübut edir ki, milli dəyərlərimiz hər zaman bizim üçün əzizdir. Türkiyə prezidenti cənab Tayib Ərdoğanın da həmin parada təşrif buyurması da bu mühüm prosesin hər iki ölkə üçün nə qədər əhəmiyyətli olduğunu təsdiqləyir və bir daha inanırıq ki, Türkiyə-Azərbaycan qardaşlığı ölkələrimizi bütün təhlükələrdən qorumaq iqtidarındadır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
