Həyətində mal-qara saxlayan Gəncə sakinindən qonşuları nazirliyə şikayət etdi21-09-2018, 10:17
Çap et Nazirlikdən verilən məlumata görə, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib. Baxış zamanı qəsəbə sakinləri Yəmən Salahova və Əzim Əsədliyə məxsus evlərin həyətindəki tövlədə iribuynuzlu mal-qara saxlanıldığı məlum olub. Faktla bağlı akt tərtib edilib və qoxunun yayılmasının qarşısının alınması məqsədilə zəruri tədbirlərin görülməsi üçün onlara icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib. 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Gəncə şəhərinin Nizami rayonunun ərazisində mal-qaranın saxlanılması şəraitinin sanitar-epidemioloji və ekoloji tələblərə cavab verməsi vəziyyətinin araşdırılması məqsədilə Gəncə şəhər Baytarlıq idarəsinin, Gigiyena və Epidemiologiya Mərkəzinin, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin nümayəndələrindən ibarət komissiyanın yaradılması üçün Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinə məktubla müraciət olunub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
