Demo Sayt » sosial » Nazirlik: Badamdarda sürüşmə sahəsində monitorinq davam etdirilir


Nazirlik: Badamdarda sürüşmə sahəsində monitorinq davam etdirilir

17-10-2018, 12:55
Çap et
Nazirlik: Badamdarda sürüşmə sahəsində monitorinq davam etdirilir Badamdarda sürüşmə sahəsində monitorinq və müşahidələr aparılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən gecədən yağan yağış ərazidə aktivlik dinamikasını artırıb.
Yağan yağış asılı qalmış torpaq qatında kütlələrin islanaraq ağırlaşması nəticəsində yamac boyu hərəkəti artırıb.
Hava şəraiti ilə əlaqədar uçqunların davam edəcəyi gözlənilir.
Reytinq: