Oqtay Əsədov: O xanımın cavabını xalq verdi18-12-2018, 17:50
Çap et Spiker Oqtay Əsədov deyib ki, Mübariz İbrahimovla bağlı deyilən məsələ ətrafında müzakirələri izləyib. Onun sözlərinə görə, xalqın sosial şəbəkələrdə bu məsələyə hansı diqqəti göstərdiyi aydın görünür: “İnsanlar Milli Qəhrəmana olan münasibətlərini ortaya qoydular. Belə cılız məsələləri Milli Məclis səviyyəsində qaldırmaq, müzakirə etmək düzgün deyil. Bunun əleyhinəyəm. Bu insan heç universitet də bitirməyib, onun psixoloq olmasına hələ illər lazımdır. Belə olan halda, nəyə görə onun haqqında müzakirə açmalıyıq? O xanımın cavabını xalq verdi, ona görə də xahiş edirəm, bu məsələnin üzərində çox dayanmayaq”. Qeyd edək ki, deputat Fəzail Ağamalı və Fəzail İbrahimli Nərmin Şahmarzadənin fikirləri ilə bağlı sərt çıxış ediblər. Onlar Milli Qəhrəman haqqında belə aşağılayıcı sözlərin işlədilməsini pisləyiblər. F.Ağamalı deyib ki, son vaxtlar ayrı-ayrı sosial şəbəkələrdə Azərbaycana qarşı yenə də böhtan, qərəz, təhqir dolu fikirlər ifadə olunmaqdadır: “Bu, Avropada yerləşən antimilli qüvvələr tərəfindən ən müxtəlif layihələrlə Azərbaycanın bəzi gənclərinin beyinlərinin yuyulması hesabına həyata keçirilir. Əlbəttə, bütün bunlara qarşı Azərbaycanın dövlət təhlükəsizliyində mühüm rol oynayan hüquq-mühafizə orqanları artıq ciddi hərəkətə keçməlidir, bu cür insanlara qarşı Azərbaycan qanunları çərçivəsində konkret və ciddi addımlar atılmalıdır”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:38
Müstəqilliyimiz əbədidir21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
