Demo Sayt » sosial » Astarada Pensər çayına yaxın yaşayan sakinlər təhlükə ilə üzləşib - VİDEO


Astarada Pensər çayına yaxın yaşayan sakinlər təhlükə ilə üzləşib - VİDEO

27-12-2018, 18:47
Çap et
Astarada Pensər çayına yaxın yaşayan sakinlər təhlükə ilə üzləşib - VİDEO Astarada çaya yaxın ərazilərdə yaşayan kəndlilər təhlükə ilə üzləşib. Çayın kənarında yuyulan torpaq qatı həyətlərə yaxınlaşıb.
Xezerxeber.az-ın məlumatına görə, söhbət Astaranın Şiyəkəran kəndində Pensər çayının sahilindən gedir.
Noyabr ayında çaya gələn seldən sonra torpaq uçqunları nəticəsində çayın məcrasının genişlənməsi davam edir. Uçqun artıq çaya yaxın bəzi həyətlərə bir neçə metrə qədər yaxınlaşıb.
Sakinləri narahat edən daha bir məsələ isə onlara əkin üçün ayrılmış pay torpaqlarına gedə bilməmələridir.
Sakinlər deyir ki, kimisi həmin torpaqlarda sitrus bağları salıb, kimisi də taxıl və ya ot tədarük edib.
Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndə müavini Elşad Məcidov bildirdi ki, problemlə bağlı aidiyyəti qurumlara məlumat veriblər. Sahilbərkitmə işlərinin aparılması üçün layihə təsdiqlənib.
Havalar yağıntılı keçdiyindən çayda suyun səviyyəsi yenidən artmaqdadır.

Reytinq: