Demo Sayt » hadise » Göygöldə maşın çaya aşıb: 3 nəfər ölüb


Göygöldə maşın çaya aşıb: 3 nəfər ölüb

5-10-2015, 11:52
Çap et
Göygöldə maşın çaya aşıb: 3 nəfər ölüb Göygöldə maşın çaya aşıb, 3 nəfər ölüb. Hadisə gecə saatlarında, rayonun Üçtəpə kəndində baş verib.
VAZ 2109 markalı avtomobilin sürücüsü Göygöl rayon Mollacəlil kənd sakini 34 yaşlı Xanlar Nəsibov avtomobil ilə hərəkət edərkən çaya aşıb.
Sürücü və onun həmkəndliləri 34 yaşlı Pərviz Teymurov və digər sərnişin 34 yaşlı Rəşadət Nəsibov hadisə yerində ölüb.
Faktla bağlı Göygöl rayon Polis şöbəsində araşdırma aparılır.
Reytinq: