Təbrik edirik!25-04-2019, 16:10
Çap et Siz Azərbaycanın dilbər guşələrindən olan Zəngilanın Sobu kəndində doğulmusunuz. Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş, döyüşlərdə fəal iştirak etmiş, ağır yaralanmısınız. Uzun müddət yataq xəstəsi olaraq həyatla ölüm arasında çarpışmış, nikbin duyğularınız, səmimi hisslərinizlə insanlara nümunə olmusunuz. Bu fədakarlığınız yetişən nəsillərə bir görkdür. Sizin Allaha bağlılığınız, dinə sevginiz həyatla çarpışan hər kəsə bir görk ola bilər. İctimai xadim kimi fəallığınız və çevikliyiniz dərc etdirdiyiniz kitablarda öz əksini tam mənada tapır. Cəmiyyətdəki mövqeyiniz, aldığınız mükafatlar, qazandığınız təltif və uğurlar sizin yaradıcı münasibətlərinizin bariz səciyəsidir. Düşüncələrinizdə aşkar görünən Allah eşqi, ictimai yüksəliş daxili dünyanızdan boy verən xüsusiyyətlərdir və siz bu gün də eyni ovqatda, eyni həvəsdə cəmiyyət işində əmək sərf edirsiniz. Sizi bir daha ad gününüz münasibətilə təbrik edir, uğurlar diləyirik. Gün gəlsin, ad gününüzü həsrətində qovrulduğunuz Zəngilanda - ata-baba yurdunda qeyd edək! «Həqiqət.az» saytının kollektivi və İlkin Əzizxanoğlu Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
