"Dincəlmək də istəmirik, təki vətəndaşlarımız virusa yoluxmasın" - Karantin rejimində işləyən polis1-04-2020, 16:21
Çap et Maarifləndirmə işi aparan polislər arasında 2 uşaq atası olan Arzu Mehdiyev də var. O, 9 ildir ki, daxili işlər orqanlarında xidmət edir. Öz istəyi ilə polisdə xidmətə başlayan Arzu Mehdiyev bir neçə gündür ki, gecə-gündüz insanlar arasında maarifləndirmə işləri apararaq, onlara evlərinə getməyi tövsiyə edir. O, çətin və şərəfli işindən zövq aldığını deyir. Arzu Mehdiyev xidməti ərazisində olduğu müddətdə vətəndaşlara evə getmələrini tələb edərkən təlimata uyğun olaraq onlarla ara məsafəsinə də diqqət edir. Gününün böyük hissəsini küçə və parklarda keçirən qəhrəmanımız evə gedərkən iki körpə qızını qucağına almazdan əvvəl virus əleyhinə dezinfeksiya işləri də görür. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
