Demo Sayt » sosial » Xüsusi karantin dövründə xüsusi sanitar rejim tətbiq ediləcək sahələr müəyyənləşdi


Xüsusi karantin dövründə xüsusi sanitar rejim tətbiq ediləcək sahələr müəyyənləşdi

1-05-2020, 17:53
Çap et
Xüsusi karantin dövründə xüsusi sanitar rejim tətbiq ediləcək sahələr müəyyənləşdi Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” qərar verib.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə aşağıda göstərilən sahələrdə və istiqamətlərdə xüsusi sanitar rejim tətbiq ediləcək:

- qida məhsullarının ticarəti üzrə fəaliyyət;

- ictimai-iaşə müəssisələrinin fəaliyyəti;

- turizm və hotelçilik fəaliyyəti;

- ictimai nəqliyyatın fəaliyyəti;

- vətəndaşların qəbulunu həyata keçirən qurumların fəaliyyəti;

- müxtəlif ticarət və xidmət sahələrinin, ofislərin fəaliyyəti.

Qərara əsasən, Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi "Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunun tələblərinə uyğun olaraq aşağıdakı metodiki göstərişləri təsdiq etməlidir:

- "Qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirus (COVID-19) infeksiyasının

profilaktikasına dair metodiki göstərişlər”;

- "İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;

- "Turizm və hotelçilik sektorunda koronavirus (COVID19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;

- "İctimai nəqliyyatda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;

- "Vətəndaşların qəbulunu həyata keçirən qurumlarda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;

- "Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodik göstərişlər”.
Reytinq: