Demo Sayt » sosial » Zöhrə üçün 30 min manat lazımdır: ""Ana" kəlməsinə möhtacam"


Zöhrə üçün 30 min manat lazımdır: ""Ana" kəlməsinə möhtacam"

22-09-2015, 12:30
Çap et
Zöhrə üçün 30 min manat lazımdır: ""Ana" kəlməsinə möhtacam" 6 yaşlı Zöhrənin yardıma ehtiyacı var.
O, eşitmə və danışma qabiliyyətindən məhrumdur. Anasının sözlərinə görə, Zöhrəyə uzunmüddətli müayinələrdən sonra “ikitərəfli 4 dərəcəli sensonevral tipli eşitmə azlığı” diaqnozu qoyulub. Uşağın xəstəliyi 1 yaş 5 aylığından özünü biruzə verməyə başlayıb: “Balam 11 ildən sonra mənə analıq hissini yaşatdı. Amma bu sevinc çox çəkmədi, ailəm dağıldı. Lakin bununla da bitmədi, 5 ildir ki, körpəm Zöhrəm mənim səsimə möhtacdır. Mən isə “ana” kəlməsinə möhtacam”.
Zöhrənin əməliyyatı üçün maddi dəstəyə ehtiyac var. Onun bir qulağına inplant qoyulması üçün 30 000 AZN lazımdır. Əgər əməliyyat tez bir zamanda həyata keçirilməsə 6 yaşlı qız heç vaxt nə eşidəcək, nə də danışacaq.
Yardım etmək istəyənlər üçün:
MilliÖn
Banklar
AGBank
Cari hesablara mədaxil
id: 324578
Doğum tarixi: 14 01 1978
Reytinq: