Prezident İmamzadə Ziyarətgahının açılışını etdi17-02-2016, 12:31
Çap et Dövlət başçısı bu gün İmamzadə Ziyarətgah Kompleksinin təmirdən sonra baş tutan açılış mərasimində iştirak edib. İ.Əliyev şəhər ictimaiyyəti qarşısında çıxış edib. Prezident İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki İmamzadə kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 4 milyon manat ayırmışdı. Prezidentin regiona səfəri ötən gün başlayıb. İ.Əliyev ilk olaraq Tovuz rayonunda olub. O, bir sıra obyektlərin, o cümlədən Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun, 7 saylı körpələr evi-uşaq bağçasının, Tovuzçay su anbarının açılışlarında iştirak edib, rayon ictimaiyyəti qarşısında çıxış edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
