Demo Sayt » sosial » Bağlı yollar bu gündən açılacaq


Bağlı yollar bu gündən açılacaq

21-06-2016, 09:48
Çap et
Bağlı yollar bu gündən açılacaq İyun ayının 21-dən etibarən "Formula-1" yarışları ilə əlaqədar olaraq bağlanılan yollar istifadəyə geri veriləcək. Neçə gündür ki, yarış bolidlərinin şütüdüyü yollardan bu gündən etibarən paytaxt sürücüləri rahat avtomobili idarə edəcək.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti hansı yolların açılacağını ictimaiyyətin diqqətinə çatdırıb. Bakıda ilk dəfə keçirilən Avropa Qran-Prisi səbəbindən bağlanmış küçələrin böyük əksəriyyəti iyunun 21-i səhər saatlarından etibarən nəqliyyatın hərəkəti üçün birdəfəlik açılacaq.
Hökümət Evinin ətrafında müvəqqəti olaraq quraşdırılmış tikililərin sökülməsi ilə əlaqədar olaraq Azadlıq meydanı ətrafında olan prospekt və küçələrdə isə nəqliyyatın hərəkəti üçün tətbiq olunan qadağa iyunun 22-dək qüvvədə qalacaq. Bağlı olacaq yollara aşağıdakılar daxildir:
- Neftçilər prospektinin Rəşib Behbudov küçəsi ilə olan kəsişməsindən Aleksandr Puşkin küçəsi ilə olan kəsişməsinədək;
- Aleksandr Puşkin küçəsinin Neftçilər prospekti ilə olan kəsişməsindən Üzeyir Hacıbəyov küçəsi ilə olan kəsişməsinədək;
- Üzeyir Hacıbəyov küçəsinin Aleksandr Puşkin küçəsi ilə olan kəsişməsindən Azadlıq prospekti ilə olan kəsişməsinədək;
- Azadlıq prospektinin Üzeyir Hacıbəyov küçəsi ilə olan kəsişməsindən Zərifə Əliyeva küçəsinin Rəşid Behbudov küçəsi ilə olan kəsişməsinədək.
- Neftçilər prospektinin Rəşib Behbudov ilə olan kəsişməsindən Aleksandr Puşkin ilə kəsişməsinə qədərA. Puşkin küç.-nin Neftçilər pros. ilə kəsişməsindən Ü. Hacıbəyov küç. ilə kəsişməsinə qədər

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti paytaxt sakinlərinin yarış ərəfəsində göstərdiyi anlayışa və dəstəyə görə öz dərin minnətdarlığını bildirir və qeyd edir ki, Avropa Qran Prisi ilə əlaqədar trek ətrafında müvəqqəti quraşdırılmış bütün obyektlər və baryerlər tezliklə sökülərək şəhərin əvvəlki görkəmibərpa olunacaq.
Reytinq: