Demo saytı » sosial » Ən çox korrupsiya faktı aşkarlanan qurumlar məlum oldu


Ən çox korrupsiya faktı aşkarlanan qurumlar məlum oldu

15-07-2016, 12:53
Çap et
Ən çox korrupsiya faktı aşkarlanan qurumlar məlum oldu Azərbaycanda ən çox korrupsiya faktı aşkarlanan qurumların adları açıqlanıb.
Bunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2016-cı ilin I yarısı ərzində görülmüş işlərlə bağlı keçirilən mətbuat konfransında deyib
K.Əliyev bildirib ki, bu il məhkəməyə göndərilən 100 işdən ən çoxu bank sektoru ilə bağlı olub: "Bank sektoru ilə bağlı istintaqı aparılan 37 cinayət işi məhkəmələrə göndərilib. Digər cinayət işlərinin 16-sı özəl sekor, 13-ü tikinti sektoru, 11-i ticarət, 8-i yerli icra hakimiyyəti orqanlarının əməkdaşları ilə bağlı olub. Məhkəmələrə göndərilən cinayət işlərinin 5-i bələdiyyələr, 4-ü səhiyyə, 3-ü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 3-ü təhsil, 3-ü azərenerji, 3-ü nəqliyyat, 1-i daxili işlər orqanları ilə bağlı olub".
Reytinq: