"ASAN xidmət"in fəaliyyətində yenilik16-09-2016, 10:33
Çap et Portal Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bütün fəaliyyət istiqamətləri üzrə statistik məlumatları özündə əks etdirən İntellektual Monitorinq Sisteminin bazasında formalaşdırılıb. Xüsusi olaraq ictimaiyyətin istifadəsi üçün nəzərdə tutulan portal kütləvi informasiya vasitələrinin, elmi araşdırmaçıların, beynəlxalq təşkilatların, ümumilikdə ictimaiyyətin ehtiyacları nəzərə alınmaqla hazırlanıb. Qeyd edək ki, məlumatları hər gün yenilənən statistik portal dövlət idarəetməsi sahəsində qabaqcıl təcrübədir. Beynəlxalq təşkilatların və xarici ölkələrin müvafiq qurumlarının istifadəsi məqsədilə yaxın günlərdə portalın ingilis dili versiyası da istifadəyə veriləcəkdir. Portala keçid: http://vxsida.gov.az/statistics/ Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
