Şəkidə aşkar edilən çoxlu sayda heyvan sümükləri zərərsizləşdirilib23-09-2016, 18:16
Çap et Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən verilən məlumata görə, ərazi DUK maşını vasitəsi ilə 2%-li formaldehid məhlulu ilə dezinfeksiya edilib. Heyvan sümüklərinin həmin əraziyə kimlər tərəfindən atılmasını aydınlaşdırmaq üçün idarə əməkdaşalrına xüsusi taşırıq verilib. Eləcə də bu məsələnin aydınlaşdırılması üçün Şəki Şəhər Polis Şöbəsinə rəsmi müraciət edilib. Xidmət əhalidən xahiş edir ki, hər hansı səbəbdən ölmüş və ya kəsilmiş heyvanların toplanması və tədarükü barədə faktla rastlaşarlarsa bu barədə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (tel: 012-562-76-13) “qaynar xətt”inə məlumat versinlər. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
