Azərbaycanda nəqliyyat vasitələrini idarəetmə hüququnda dəyişikliklər edilib15-11-2016, 09:37
Çap et Azərbaycan Prezidenti İlham Əliyev “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 30 sentyabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.Sərəncama əsasən, qanunun 33-cü maddəsinin (Nəqliyyat vasitələrini idarəetmə hüququ) II hissəsində aşağıdakı dəyişikliklər edilib: 1. 4-cü bəndə “19 yaşdan” sözlərindən sonra “(“B” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə bir ildən az olmamaq şərtilə)” sözləri əlavə edilsin. 2. 5-ci bənddən “, “CE” və “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini” sözləri çıxarılsın. 3. Aşağıdakı məzmunda 5-1-ci və 5-2-ci bəndlər əlavə edilsin: “5-1) “CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 21 yaşdan (“C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə); 5-2) “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 23 yaşdan (65 yaşadək və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az olmamaq şərtilə);”. 4. 6-cı bənd aşağıdakı redaksiyada verilsin: “6) “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 26 yaşdan (65 yaşadək və “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə);”. 5. Səkkizinci abzas ləğv edilsin və doqquzuncu abzas səkkizinci abzas hesab edilsin. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Azərbaycan Prezidenti İlham Əliyev “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 30 sentyabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.