Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər19-01-2017, 11:50
Çap et Şura üzvləri şəhidlərin qəbri üstünə gül dəstələri düzüb, Əbədi Məşəl önünə əklil qoyublar. Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov jurnalistlərə açıqlamasında bildirib ki, 20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq: "20 Yanvar hadisəsi Azərbaycanın müstəqilliyi uğrunda gedən mübarizənin ən parlaq nümunəsidir. Azərbaycanın müstəqilliyi bizim üçün dünyanın bütün nemətlərindən üstündür. Sovetlər İttifaqı dağılan dövrdə ən çox zərər çəkən, torpaq itirən biz olduq. Bunun da səbəbi vardı - xalqın böyük, qəhrəman oğlu Heydər Əliyev o vaxt rəhbərlikdə deyildi. Düşmən bu fürsətdən istifadə edərək bu təxribatı törətdi". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
