Qar və duman Muğanlı-İsmayıllı yolunda nəqliyyatın hərəkətini çətinləşdirib23-01-2017, 16:34
Çap et Bu gün səhər saatlarında 9 saylı “İsmayıllı Yol İstismar” MMC-nin canlı qüvvəsi və ağır texnikaları əraziyə cəlb olunub, yollar qardan təmizlənib, nəqliyyatın hərəkəti bərpa olunub. Yolun buz bağlayan hissəsi qardan təmizlənib, əraziyə düz və qum səpilib. Hazırda İsmayıllı-Muğanlı yolunda nəqliyyatın hərəkəti bərpa olunsa da, mütəxəssislər bu gün axşam saatlarından başlayaraq yolun yenidən buz bağlayacağı və hərəkət üçün təhlükəli vəziyyət yaranacağı barədə xəbərdarlıq edir, sürücülərə alternativ yollardan istifadə etməyi məsləhət görürlər. Qeyd edək ki, Ağsu aşırımına da qar yağıb, Şamaxı rayonu ərazisindəki dolaylar qar və buzdan təmizlənib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
