Demo Sayt » sosial » “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilib


“Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilib

3-03-2017, 15:30
Çap et
“Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilib Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilib.
Konfrans DTX, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Təhsil Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdən əvvəl iştirakçılar sərgi salonunda DTX-nın Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyində fəaliyyət göstərən uşaqların və yeniyetmələrin “Biz terrora yox deyirik!” mövzusunda rəsmlərlə tanış olublar.
Sərgi salonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin radikalizmə qarşı müvafiq təbliğat vasitələri də nümayiş olunub.
DTX-nın rəisi, general-leytenant Mədət Quliyev bildirib ki, son dövrlər Azərbaycana yaxın ərazilərdə, habelə Mərkəzi Asiya, İraq, Suriya, Əfqanıstan və Türkiyədə dini radikalizm geniş vüsət alıb. O qeyd edib ki, bu gün “İŞİD”, “Əl-Qaidə” kimi terror təşkilatları qlobal sülhə böyük təhlükə yaradırlar: “Mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycan Cənubi Qafqazda ən sabit ölkədir”.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev gənclərə dövlət qayğısı barədə ətraflı məlumat verib.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, millət vəkili Fuad Muradov və başqaları da çıxış ediblər.
Sonda konfrans iştirakçıları adından Azərbaycan prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Reytinq: